Xidmətlərimiz | Avtofiks

Xidmətlərimiz

Avtofiks avto təmir xidmətləri şirkəti bütün müştərilərin rahatlığını düşünərək daim münasib qiymət və yüksək keyfiyyətə zəmanət verir. Sizin avtomobiliniz etibarlı əllərdədir! Buna əmin ola bilərsiniz!

Zərərin dəyərləndirilməsi

Avtofiks servis mərkəzində zərərin qiymətləndirilməsi prosesi yüksək ixtisaslaşmış ustalar və peşəkar qiymətləndiricilər tərəfindən aparılır. Qəza keçirmiş avtomobillərə ustalar tərəfindən tam baxış keçirilir və avtomobilə dəymiş zərər ən münasib qiymətlərlə dəyərləndirilir.

Zərərin dəyərləndirilməsi

Kuzov təmiri

Avtofiks servis mərkəzində qəza keçirmiş avtomobilin kuzovu avropadan xüsusi olaraq gətirilmiş dartıcı CAR-O-LINER qurğusu vasitəsilə təmir olunur. Bu hidravlik dartıcı qurğu vasitəsilə avtomobilin düzgün ölçülərini vermək və avtomobili qəzadan əvvəlki vəziyyətinə gətirmək mümkündür.

Kuzov təmiri

Cilalama/Rəngləmə

Avtofiks servis mərkəzində qəza keçirmiş avtomobillərin yüksək keyfiyyətlə rənglənməsi üçün STANDOKSFÜRH alman boya və materiallarından istifadə edilir. Servis mərkəzi avtomobillərin boyadılması üçün bütün lazımlı avadanlıq və avropadan gətirilmiş boyama kameraları ilə təchiz olunmuşdur.

Cilalama/Rəngləmə

Razval/Balans

Avtofiks servis mərkəzində avropa istehsalı olan razval qurğusunda avtomobillərin balans xidmətindən sonrakı nasazlıqları aradan qaldırılır. Eyni zamanda bu qurğu vasitəsilə avtomobillərin hər hansı bir işlək hissəsindəki əyriliyi üzə çıxarmaq və sonradan bu problemi aradan qaldırmaq mümkündür.

Razval/Balans

Texniki qulluq (detalların dəyişməsi)

Avtofiks servis mərkəzi fərdi sığorta və həmçinin çox sayda şirkət avtomobillərinə texniki qulluq göstərmək iqtidarındadır. Müştərilər avtomobillərinə göstərilən texniki qulluq prosesində tam maneəsiz iştirak edə bilərlər. Servis mərkəzi eyni vaxtda kuzov təmiri, boya işləri, çilingər, elektrik və avto yuma xidmətlərini təklif edir.

Texniki qulluq (detalların dəyişməsi)

Diaqnostika

Təmir olunan avtomobilinizin qəzadan sonra yaranan və ya hər hansı mövcud elektron problemləri Avtofiks servis mərkəzinin ustaları tərəfindən yüksək keyfiyyətlə aradan qaldırılır. Nəzərinizə çatdırırıq ki, servisimiz tərəfindən müəyyən elektron adaptasiya işləri də aparılır.

Diaqnostika