Sual-cavab | Avtofiks

Sual-Cavab

  • Köhnə təkərləri nə vaxt yenisi ilə əvəz etməliyik?
  • Təkərlərin istifadə müddəti hər bir modeldən asılı olaraq fərqli olur. Minik avtomobillərində maksimal hədd 60-70-80 min km ola bilər. Sub seriyalı avtomobillərdə isə təkərlərin istismar müddəti 50-60 min nəzərdə tutulub. Bu göstəricini dəqiq bilmək üçün təkərlərin üzərinə baxmaq lazımdır. Hər bir təkərin üzərində məhdudiyyətlər olur. Məhdudiyyət nədir? Əgər təkərin qabarıq hissəsi bitibsə onun dəyişilmə vaxtı çatıb deməkdir.
  • Avtomobilə nə qədər yağ tökülür?
  • Avtomobilin markasından, istehsal olunmuş ölkələrə görə motora tökülən yağın miqdarı dəyişir. Alman maşınlarına 6 litr, yapon maşınlarına isə 4 litr yağ gedir. Burada motorun həcmi və böyüklüyü əsas rol oynayır.
  • Avtomobil yağları hansı aralıqlarla dəyişdirilir?
  • Avtomobil yağları hər 5000 km-dən bir dəyişilir. 5w-40 yağının üzərində 10000 km verilib, amma 5000 km-dən birdə dəyişilir. 10-40 yağı 7000 km-dən bir dəyişilən yağdır, amma azərbaycan şəraitində sürə bilmək üçün 5000 km-dən bir dəyişilir. Yağı dəyişməzdən əvvəl çox yerdə motoru yuyurlar, amma bu düzgün deyil. Bu yağların tərkibində hamısı var, plyonka yaradır. Motor yağları 5000 km-dən bir dəyişilsə o motorun uzunömürlülüyünü artırır, keyfiyyətini də artırır, həmdə içi təmiz qalır. Maşının yağı təzə dəyişildikdə maşın xoddalı şəkildə yağ 90 dərəcə qızdı, söndürüldü, 6 ay sonra yağ dəyişilməlidir. 5000 km 6 ay sürülməmiş şəkildə dəyişilməlidir
  • Avtomobildə hansı ləvazimatlar olmalıdır?
  • Qanunvericilikdə nəzərdə tutulanlar: Yanğınsöndürən, tibbi çanta, qəza durma nişanı. Çətin vəziyyətlərdən çıxmaq üçün: Ehtiyyat təkər, təkər açarı, qaldırıcı, təkər bloklayıcı və ya kompressor və yapışdırıcı, qoşqu trosu, birləşdirmə kabeli, təkər zənciri. Təhlükəsizlik üçün təhlükəsizlik kəmərini kəsən alət və şüşəsındıran. Texniki xidmət üçün: avtomobilin məlumat kitabı, təkər təzyiqini ölçən manometr. Təmizlik üçün əsgi.
  • Avtomobilin rənglənməsi necə olmalıdır?
  • Avtomobilin rənglənməsi zamanı ilk öncə keyfiyyətli şpaklovkadan istifadə olunur, 2-ci mərhələdə keyfiyyətli astardan istifadə olunur, bu astara 3+1 deyilir. 3-cü mərhələdə və demək olar ki, maşın tam rənglənib bitənə qədər şkurkadan istifadə olunur və maşının rənglənməsi üçün ən sonda keyfiyyətli boya və laklardan istifadə edilir. Gördüyünüz maşının rənglənməsində istifadə edilən boyadır. Maşının parlaq olması üçün boyadan sonra lakdan istifadə edilir. Bundan başqa rastvariteldən istifadə edilirki, buda rənglərin duruldulması üçün lazım olur. Əlimdə gördüyünüz maye maşının səthini kamerada rənglənməyə hazır hala gətirilməsi zamanı təmizlənmə mərhələsində istifadə edilir. Və süzgəcdən istifadə edilir. Rəngi vurmamışdan əvvəl rəng plirivzatora süzülür. Rəngin plirivzatora tökülməsi üçün gördüyünüz süzgəclərdən istifadə edilir. Süzgəc ona görə istifadə edilir ki, toz plirivzatora keçib maşının üstünə düşməsin.